Minimum aylıq əməkhaqqının məbləği artırıldı - Prezidentdən
SƏRƏNCAM
Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Nazirlər Kabineti 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: