Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib
Naxçıvanda yerləşən Gəmiqaya Şirkəti MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.
Globall.az Report-a istinadən xəbər verir ki, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.
Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən Gəmiqaya Şirkəti MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.
Qeyd edək ki, Gəmiqaya Şirkəti MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.
Oxunub: 105
Xəbəri paylaş
Paylaş: