Bu stadion Pelenin adını daşıyacaq - FOTO
Braziliyalı əfsanəvi futbolçu, üçqat dünya çempionu Pelenin (Edson Arantes do Nascimento) adının Kolumbiyadakı stadionlardan birinə verilməsi qərara alınıb.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat dərc edib.
Villavicencio şəhərindəki "Bello Horizonte" stadionunun adının dəyişdirilərək "Kral Pele" (Rey Pele) olacağı bildirilib.
Qeyd edək ki, stadion 1958-ci ildə tikilib və bu yaxınlarda modernləşdirilib.
Xatırladaq ki, xərçəngdən müalicə alan Pele 82 yaşında xəstəxanada vəfat edib.
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: