Şəhid pilotumuzun doğum günü bu cür qeyd ediləcək
Azərbaycan Dövlət Filarmoniyasında şəhid pilot Rəşad Atakişiyevin doğum günü ilə bağlı tədbir keçiriləcək. 7 yanvar saat 19:00-da baş tutacaq tədbirdə şəhidin pilot yoldaşları, doğmaları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edəcək. Tədbirdə şəhidin qayını, tanınmış musiqiçi Toğrul Hüseynli pianoda ifa edəcək. Qeyd edək ki, polkovnik-leytenant Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: