Bakıda “I Turan Kitab Festivalı” keçiriləcək
Bakıda “I Turan Kitab Festivalı” keçiriləcək. Festival 11-15 yanvar 2023-cü il tarixlərində “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq. Festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edəcək. “I Turan Kitab Festivalı”nda kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək. Qeyd edək ki, “Pasaj-1901” sərgi salonunda olacaq festivala giriş sərbəstdir.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: