Naxçıvanda 2 maşın toqquşdu: Xəsarət alan var
Naxçıvanın Tumbul kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə kəndin mərkəzi küçəsində qeydə alınıb.
75-BF-847 dövlət qeydiyyat nişanlı “Chery” markalı avtomobil 75-BB-254 dövlət qeydiyyatlı “NAZ Lifan” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
“Chery” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: