Hava ilə bağlı daha bir
XƏBƏRDARLIQ: Çovğun olacaq...
Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enərək, gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15 dərəcə şaxta, gündüz 5-8 dərəcə şaxta olacaq. Yollar buz bağlacaq.
Oxunub: 155
Xəbəri paylaş
Paylaş: