Rusiyanın planı ortaya çıxdı, artıq Belarus da... - Ukrayna açıqladı

Rusiya yeni hərbi texnikaları Belarusa göndərir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya Federasiyasından Belarusa təlim üçün göndərilən silah və hərbi texnika anbardan çıxarılıb:
"Yeni texnikalar da göndərilir. Belarus hərbçiləri bu avadanlıq üzərində işlərə cəlb olunub”.
Bundan əlavə, Baş Qərargah düşmən şəxsi heyətinin mənəvi-psixoloji durumunun pisləşməsi tendensiyası barədə məlumat verib: “Belə ki, müvəqqəti işğal altında olan Sevastopolda dislokasiya olunan 127-ci ayrı-ayrı kəşfiyyat briqadasının hərbçiləri arasında müharibənin istənilən şərtlərlə bitəcəyi ilə bağlı fikirlər yayılır”.
Oxunub: 121
Xəbəri paylaş
Paylaş:




















