“Satqınlar” öldürüləcək? – Medvedevdən
ŞOK SÖZLƏR
“Rusiyanı tərk edərək onun məhvini istəyənlərlə qanuna uyğun hərəkət etmək lazımdır, amma müharibənin xüsusi qaydalarını da unutmaq olmaz”. Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib. “İnternet kanallarında düşmən tərəfinə keçən və vətəninin dağıdılmasını istəyən xainlərlə necə davranmaq barədə yenidən müzakirələr gedir. Onların arasında son vaxtlara qədər özlərini “intellektual elita”nın sıralarına aid edən bəzi önəmsiz isimlər də var. Bundan sonra bu yöndə necə “qanuni” və ya “ədalətli” hərəkət etmək barədə ciddi müzakirələr başladı. Təbii ki, yalnız qanunla. Amma qanun işləmirsə və ya məqsədinə çatmırsa, o zaman xüsusi qaydalarla”, - Rusiya rəsmisi bildirib. Medvedevin sözlərinə görə, müharibələr zamanı həmişə belə “xüsusi qaydalar” olub.