Metrodan ölən şəxsin kimliyi məlum oldu
"20 Yanvar" stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 7:45-də qatardan düşürülüb.
Bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib.
***
Bu gün Bakı metrosunda vəfat etmiş sərnişinin kimliyi məlum olub.
Bu, 1965-ci il təvəllüdlü Xaqani Hüseynovdur.
İlkin ehtimala görə, o, ürəktutmadan dünyasını dəyişib.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: