Ölən polislərdən biri Mehdiyevin qohumu imiş
Dünən səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Globall.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, vəfat edən polislərdən biri - 35 yaşlı Elmir Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA sabiq prezidenti Ramiz Mehdiyevin toy qalmaqalına görə həbs olunan kürəkəni İlham Əliyevin yaxın qohumudur. Qeyd edək ki, Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərov kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 134
Xəbəri paylaş
Paylaş: