Paşinyan:
Elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın saymasın!
Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər. Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir: “Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: