Goranboyda partlayış: ölən var
Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb. Globall.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1942-ci il təvəllüdlü Validə Yadulla qızı Mirzəyeva yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 135
Xəbəri paylaş
Paylaş: