İranın qızıl bazarı tənəzzülə uğrayır – Tağızadə
İranda adətən qızıl satışının artdığı Analar Günü ərəfəsində qızıl bazarında vəziyyət qənaətbəxş deyil. Bunu Məşhədin Qızıl, Zərgərlik və Gümüş Birliyinin rəhbəri Yusif Tağızadə İSNA-ya müsahibəsində deyib. “Qızılın qiymətinin kəskin artması İranın qızıl bazarının ciddi resessiya ilə üzləşməsinə səbəb olub. Hazırda qızıl bazarı ciddi tənəzzül ilə qarşı-qarşıyadır. Yalnız sərmayə qoymaq niyyətində olanlar işlənmiş qızıl almaq üçün bazara gedirlər”, - Tağızadə bildirib. Həmçinin Tağızadə bu il qızılın qiymətinin ötən illə müqayisədə 50% artığını, satışın isə 70% azaldığını qeyd edib.
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: