Xalq artisti Niyaməddin Musayevin cığallığından danışdı
Xalq artisti Məleykə Əsədova sənət yoldaşı Xalq artisti Niyaməddin Musayev haqqında danışıb. Globall.az Olay-a istinadla xəbər verir ki, bu barədə sənətçi Musayevlə birlikdə qonaq olduqları "Söhbət var" verilişində danışıb. Əsədova ifaçının domino oyununda cığallığından bəhs edib. "Bilirsiniz, Niyaməddin müəllim domino oynayır. Oyunda dəhşət cığaldır. Altı qoşaları altında gizlədir, özü də pulla oynayır. Adamı elə inandırır ki, qalırsan belə... Sakit-sakit, ciddi-ciddi özünü inandırır... Adam bütün əsəb xəstəliyinə tutulur. Elə xəbərsiz gizlədir ki..." - deyə aktrisa qeyd edib.
Oxunub: 256
Xəbəri paylaş
Paylaş: