Bakıya qəza enişi edən təyyarə Moskvaya yola salındı

Bu barədə rus mətbuatı xəbər yayıb.
Qeyd edək ki, sərnişinlər başqa təyyarə ilə yola salınmışdı.
“Azur Air” şirkətinə məxsus Qoa-Moskva marşrutu üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, eniş Bakı vaxtı ilə 11:05-də uğurla yerinə yetirilib.
Bütün sərnişinlər aeroportda yerləşdirilib, onlara qida və içkilər təklif olunacaq.
Məlumatlara görə, sərnişinlər üçün şirkət tərəfindən başqa təyyarə ayrılıb.
Oxunub: 432
Xəbəri paylaş
Paylaş: