Şəkər xəstəliyinin qeyri-adi bir simptomu
NƏDİR?
Şiddətli diabet sidikdə aseton qoxusu ilə müşayiət oluna bilər ki, bu da diabetik (ketoasidotik) komanın ölümcül vəziyyətindən əvvəl baş verə bilər. Bunu "Lenta.ru"ya uroloq, tibb elmləri doktoru Aleksandr Lubennikov deyib. “Koma qanda keton cisimlərinin toplanması və onların mərkəzi sinir sisteminə təsiri, orqanizm tərəfindən elektrolit və mayelərin itirilməsi nəticəsində yaranır. Həmçinin insulin qəbulunun dayandırılması və ya azalması yoluxucu xəstəliklər, əməliyyatlar və stresli vəziyyətlər onu təhrik edə bilər. Tez-tez və bol sidiyə çıxmaq, susuzluq, ürəkbulanma və qusma da bu xəstəliyin əsas əlamətləri arasındadır. Sidikdə aseton qoxusunu hiss edirsinizsə, dərhal həkimə müraciət etməlisiniz”, - Lubennikov bildirib. Həkim bildirib ki, bənzər bir qoxu ağır yorğunluq və ya stress nəticəsində də meydana gələ bilər, lakin bu vəziyyət istirahət və bədənin bərpası ilə düzəldilə bilər.(Publika.az)