QARAÇILAR BAKIYA GƏLƏNDƏ İKİNCİ DALĞA BAŞLAYACAQ
Qaraçılar sanitar-gigiyena qaydalarına əməl etmədikləri üçün yüksək risk qrupuna aiddir.
Bu sözləri Roman qrupuna məxsus qaraçılarla uzun illərdir iş aparan Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Yevlaxın Qaraçılar məhəlləsində 53 nəfərin koronavirusa yoluxma faktının qeydə alınma səbəblərindən danışan K.Ağazadə bildirib ki, onların bu kimi təhlükəli viruslara yoluxma riski həmişə yüksəkdir:
“Qaraçıların əksəriyyəti ən adi sanitar-gigiyena qaydalarına əməl etmir. Həmçinin zərərli vərdişləri çoxdur. Bu kimi səbəblərə görə onlar yüksək risk qrupu hesab olunur. Ölkədə ən çox vərəm, dəri-zöhrəvi xəstəlikləri, eləcə də HİV virusu daşıyıcıları onlardır. Bu şəkildə yaşamaq qaraçıların həyat tərzidir. Biz koronavirusun əsl dalğasını o qaraçılar Bakıya daxil olanda görəcəyik”.
Xatırladq ki, Yevlaxın Qaraçılar məhəlləsində 53 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Bu, bir məhəllə, yaşayış arealı üçün yüksək yoluxma hesab olunur.
Sözügedən məhəlləyə giriş-çıxış bağlanıb.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: