İtən uşaq paltaryuyan maşında ölü tapıldı
İtkin düşən qızını paltaryuyan maşında ölü tapıb. Fransanın paytaxtı Parisdə bir ailə evdə nahar edərkən qəfildən qızları yoxa çıxıb. Ailə şam yeməyi yeyərkən balaca qızı evin içində qəfildən yoxa çıxıb. Ata evdə qızını axtararkən ağlına paltaryuyan maşına baxmaq gəlib. Qızcığaz maşının içərisində ölü tapılıb. Qızını təcili xəstəxanaya aparan valideynlər acı xəbəri həkimlərdən öyrəniblər. Yerli mənbələr hadisə zamanı maşının işləmədiyini, qızın maşına daxil olduğu zaman qapının avtomatik kilidləndiyi üçün kiçik qızın oradan çıxa bilmədiyini bildirib. Hadisə ilə bağlı istintaq başlasa da, kiçik qızın ölüm səbəbi araşdırmalardan sonra açıqlanacaq.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: