Bakıda qadın ağır qəza törətdi: ölən var
Bakı şəhəri, Binəqədi-Mehdiabad yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Xədicə Allahverdiyevanın idarə etdiyi "Mersedes" markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə sonuncu avtomobildə sərnişin olan 1995-ci il təvəllüdlü Xumarǝ Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə müxtəlif dərəcəli xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: