Kremldən təklif: Orduya yazıl, vətəndaşlıq al
Rusiyada əcnəbilərə könüllü olaraq ordu sıralarına yazılmaq və avtomatik olaraq ölkə vətəndaşlığını almaq təklif edilir. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. “Həmçinin Kreml orduya 10 milyon rubl maddi dəstək vermək üçün kommersiya strukturlarına ciddi təzyiqlərə başlayıb. Eyni zamanda, Rusiyanın Rostov vilayətindəki Kadamovski poliqonunda səfərbər edilənlərin təlimi gözlənilir. Əlavə heyət ilk növbədə Ukraynada daim itki verən “Vaqner” özəl hərbi şirkətinə və “Bars” qüvvələrinə göndəriləcək”, - məlumatda deyilir.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: