Goranboyda qumbaraatan tapıldı
Goranboyda qumbaraatan tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torpaya bükülmüş 1 ədəd RPQ-7H2 tipli qumbaraatan aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: