İçərişəhərdə bu körpü təmirə bağlandı
Qız qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb. Bununla əlaqədar körpü üzərində piyadaların hərəkəti bir müddət məhdudlaşdırılacaq. Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. “Körpünün aşırımlarının 10 fevraladək bərpa olunması nəzərdə tutulub”, - məlumatda bildirilib.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: