Paşinyanın vəziyyəti yaxşı deyil
Ermənistan hakimiyyətinə yaxın mənbələr Baş nazir Nikol Paşinyanın yanvarın 10-da keçirilən mətbuat konfransından sonra kifayət qədər əsəbi vəziyyətdə olduğunu bildiriblər. Bu barədə “Haqqın.az” erməni mediasına istinadən məlumat yayıb. “2020-ci il noyabrın 10-dan sonrakı günlərdə olduğu kimi, o, hamıdan, hətta ən sadiq adamlarından belə şübhələnməyə başlayıb”, - məlumatda deyilir. İddia olunur ki, hökumətdə də kifayət qədər həyəcanlı vəziyyət hökm sürür: “Onlar bilmirlər ki, Paşinyan birdən-birə hansı idarədə peyda olacaq və hansı fövqəladə vəziyyət yaradacaq”.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: