Mixail Mişustin Azər Talıbovu nazir müavini vəzifəsindən azad etdi
Rusiyanın Baş naziri Mixail Mişustin Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini vəzifəsindən azad edib.
Baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.
Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.
Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin və Rusiya Prezidenti köməkçisinin Aparatının rəhbəri olub.
2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb./APA
Oxunub: 607
Xəbəri paylaş
Paylaş: