Müğənninin həbsdə olan həyat yoldaşı vəfat etdi
Türkiyəli müğənni Elif Karlının həbsdə olan həyat yoldaşı vəfat edib. Globall.az xəbər verir ki, ifaçının həyat yoldaşı Cengiz Karlı 57 yaşında ürək tutmasından dünyasını dəyişib. Elif məsələ ilə bağlı açıqlamasında həyat yoldaşının 2 gün əvvəl qrip olduğunu bildirib. O, ötən gün icazəsi olduğu təqdirdə Cengizin ona zəng vurmamasından şübhələnib və səhər 4-də ərinin ölüm xəbəri ifaçıya verilib. Qeyd edək ki, cütülük 30 ildir evli idi. Cengiz “Sarallar” cinayət təşkilatına (mafiya) qarşı aparılan əməliyyat zamanı həbs olunmuşdu. (Axşam.az)
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: