Türkiyədə prezident seçkisi
BU TARİXDƏ KEÇİRİLƏCƏK
Türkiyədə prezident seçkisi mayın 14-də keçirilə bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında məlumat verib. “1950-ci il mayın 14-də Menderes: “Kifayətdir, söz millətindir”, - dedi. Millətimiz 73 il sonra, eyni gündə “altılı masa” deyə qarşımıza çıxan çevriliş həvəskarlarına “yetər” deyəcək”, - deyə R.T. Ərdoğan söyləyib. Qeyd edək ki, Türkiyədə prezident seçkisi bu ilin iyun ayında keçirilməli idi.
Oxunub: 130
Xəbəri paylaş
Paylaş: