"Amfan" Hindistanı vurdu:
650 min insan təxliyə olundu
"Amfan" qasırğası Hindistana böyük zərər verib.
Qasırğa nəticəsində 5 min 500 ev dağılıb, 2 nəfər ölüb.
Son 20 ilin ən güclü qasırğalarından olan "Amfan" yerli vaxtla səhər saatlarında Benqal körfəzindən Hindistan və Banqladeşin sahillərinə çatıb.
Küləyinin sürəti saatda 100 kilometrə çatan qasırğa Hindistanın Odişa və Qərbi Benqal ştatlarında və Banqladeşdə güclü yağışlar törədib. Təbii fəlakət səbəbindən Hindistanda 650 min, Banqladeşdə isə 2 milyon sakin təxliyə edilib. Güclü külək elektrik dirəklərini və ağacları aşırıb, binalara ciddi ziyan vurub.
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: