Son 1000 ilin ən yüksək temperaturu:
Belə davam edərsə...
Qrenlandiyada havanın temperaturu son 1000 ildə ən yüksək olub. Alimlər müəyyən ediblər ki, 2001-2011-ci illər arasında 20-ci əsrlə müqayisədə orta hesabla 1,5 dərəcə isti olub. Tədqiqata əsasən, buzların əriməsinə Arktika bölgəsində temperaturun kəskin artması, antropogen iqlim dəyişikliyi mühüm rol oynayıb. "Hazırda Qrenlandiya dəniz səviyyəsinin qalxmasına ən böyük töhfə verən ölkədir və belə davam edərsə, 2100-cü ilə qədər dəniz səviyyəsi 50 santimetrə qədər yüksələcək və bu, sahilyanı ərazilərdə yaşayan milyonlarla insana təsir edəcək" - tədqiqatın aparıcı müəllifi və Alfred Vegener İnstitutunun əməkdaşı Maria Hörhold deyib.
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: