Vaqif Axundovun qardaşı oğlu vəzifəsindən azad edildi
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi təqaüdə göndərilib. Qeyd edək ki, Mehman Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur. Mehman Axundov 21.06.1970-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var. Onu da qeyd edək ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi təqaüdə göndərilib.