Ölən erməni əsgərlərin valideynləri aksiya keçirir
44 günlük müharibə zamanı ölən erməni hərbçilərin valideynləri Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında etiraz aksiyası keçirirlər. Bu barədə erməni mediası məlumat yayıb. Onlar sentyabrın 21-də Yerablur hərbi panteonunda baş vermiş insidentlə bağlı istintaqın çox ləng getməsindən, araşdırmanın dayandırılmasından şikayətlənirlər. Qeyd edək ki, ötən ilin sentyabrın 21-də Yerablurda ölən erməni hərbçilərin valideynlərinə polis tərəfindən zorakılıq edilib. Cinayət işi başlansa da, indiyədək heç kim məsuliyyətə cəlb edilməyib.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: