Bakıda 35 yaşlı qadın döyüldü
Bakıda döyülərək xəsarətlər yetirilən 35 yaşlı qadın polisə müraciət edib.
Globall.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Sevil Cəfərova tanımadığı şəxsin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli xəsarətlər alıb və yanvarın 18-də tibbi yardıma müraciət edib.
Döyülən qadın ona kimin tərəfindən xəsarət yetirildiyini bilmədiyini deyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: