Şəhidlər Xiyabanında dini şüarlar səsləndirənlər saxlanıldı
20 Yanvar faciəsinin ildönümündə Şəhidlər Xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar. Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. “20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, - deyə o qeyd edib. DİN-in rəsmisi əlavə edib ki, məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib: “Digərləri barədə araşdırmalar davam etdirilir”.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: