“Toppuş bacı”nın vida mərasimi başladı
Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) Heydər Məscidində vida mərasimi başlayıb. Vida mərasimində aktrisanın ailə üzvləri ilə yanaşı əməkdar artistlər Dilarə Əliyeva, Yusif Mustafayev, Ülviyyə Əliyeva, Mətanət Əhmədova, Yusif Mustafayev, aktrisa Çimnaz Soltanova, əməkdar incəsənət xadimi Oqtay Əliyev, müğənni Manaf Ağayev və başqaları iştirak edirlər. Qeyd edək ki, Tünzalə Əliyeva bu gün Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: