Ünvanlı sosial yardım bu qədər artdı
2022-ci ilin dekabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği 40,1% artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Məlumata görə, 2021-ci ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 279,9 manat idisə, 2022-ci ilin dekabrında bu məbləğ artaraq, 392,2 manat təşkil edib.
Oxunub: 157
Xəbəri paylaş
Paylaş: