Bakıda "Cavanşir” körpüsü söküləcək? -
RƏSMİ
2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında "Qaqarin” körpüsü kimi tanınan "Cavanşir” körpüsünün söküləcəyi açıqlanmışdı. Globall.az Bakı.vs-ə istinadən xəbər verir ki, hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi. Bildirilib ki, körpü sökülüb yerində yeni yol çəkiləcək. 4 ildən çox müddət keçməsinə baxmayaraq, bu reallaşmayıb. Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda körpünün sökülməsi gündəmdə deyil: "Belə bir təklif var idi. Hazırda həmin təklif gündəmdə deyil".
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: