Mirziyayev Mövlud Çavuşoğlu ilə görüşdü
Özbəkistan Prezidenti Şövkət Mirziyayev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Bu barədə M.Çavuşoğlu Tvitter hesabında yazıb. Məlumata görə, tərəflər strateji əməkdaşlığı müzakirə ediblər. Qeyd edək ki, Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edir.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: