Bakıda avtobus qəza törətdi: xəsarət alan var
Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb. Avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Rəşad Ədalət oğlu Dadaşov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: