XİN-dən deputatın tənqidinə
REAKSİYA
“Milli Məclisin Mədəniyyət komitəsinin dünən keçirilən iclasında millət vəkili Nizami Cəfərovun Azərbaycan XİN-lə bağlı fikirləri barədə hər hansı şərh vermək və mövqe bildirmək niyyətində deyilik”. Bu sözlər Globalinfo.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. “Millət vəkili öz fikirlərini səsləndirib”, – XİN-dən qeyd edilib. Xatırladaq ki, millət vəkili Nizami Cəfərov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bunları deyib: “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur”.