Misir Prezidenti Ermənistan və Azərbaycana səfər edəcək
Yaxın günlərdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ermənistana səfər edəcək.
Globall.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Armenpress”ə Ermənistan Prezident Aparatının rəsmisi Aqasi Marqaryan təsdiqləyib.
“Yaxın günlərdə Əbdülfəttah əs-Sisi regiona səfəri çərçivəsində Ermənistana gələcək”, – o əlavə edib.
Misir lideri səfəri zamanı Ermənistan Prezidenti ilə görüşəcək.
Əbdülfəttah əs-Sisinin Ermənistandan sonra Azərbaycana gələcəyi bildirilib.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: