Bu həftə son qərar veriləcək -
- Pandemiya...
Ümumdünya Səhiyyə Təşkilatının komitəsi bu həftə COVİD-19 virusunun qlobal pandemiya olaraq qalıb-qalmayacağına qərar verəcək. Bunu ÜST-nin rəhbəri Tedros Adanom Qebreyesus deyib. "Bu həftə COVİD-19 Fövqəladə Komitəsi mövcud vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmadığını müzakirə etmək üçün görüşəcək" , - ÜST direktoru bildirib. Qebreyesus əlavə edib ki, o, komitənin hansı qərarı verəcəyini təxmin etmir. Onun sözlərinə görə, koviddən ölənlərin sayının artması onu narahat etməyə davam edir, həmçinin bir çox ölkələrdə yoluxma ilə bağlı vəziyyət gərgin olaraq qalır.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: