Kadırov o hərbçini öldürənə yarım milyon dollar verəcək
Rusiya Ukraynadakı “Turan” batalyonunun rəhbərinin başına mükafat qoyub.
Bu barədə “Turan” batalyonunun komandiri Almaz Kudabek məlumat yayıb.
“Hazırda “Turan” batalyonunda 6 fərqli millətdən təxminən 600 nəfər var. İlk növbədə bizi Kreml hakimiyyətinə nifrət birləşdirir. Biz bir-birimizi tərcüməçisiz başa düşürük. Qırğız, azərbaycanlı, türk, uyğur, tatar və ya qazax olsun. Döyüşçülərimiz ən qaynar nöqtələrdə – Xerson, Baxmut və Zaporojye istiqamətində mövqe tutur, həmçinin düşmənin ərazisində çoxlu diversiya tapşırıqlarını icra edirlər. Bizə görə, Kremlin maraqlarını müdafiə edən və əlinə silah götürüb ukraynalıların üzərinə gedənlər avtomatik dinlərindən imtina edirlər. Mənim sosial şəbəkələrdə geniş auditoriyam var və mən Ukraynada, əslində, nəyin baş verdiyinə dair informasiya paylaşmağa başlamışam. İnstaqramda Kadırova sərt müraciət etdim, cavabında o mənim başıma 50 min dollar təyin etdi. “Turan”a rəhbər olanda isə bu məbləğ 500 min dollara qalxdı. Rusiyada məni faktiki olaraq ölüm hökmü gözləyir, Qırğızıstanda isə ömürlük həbs…” – o bildirib.