XİN-dən Holokost qurbanları ilə bağlı açıqlama

Bu gün biz bəşər tarixinin ən üsyankar qəddar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq.
Bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında paylaşım edilib.
“Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik”, - paylaşımda vurğulanıb.
Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.
BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.
Oxunub: 108
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							