Tanınmış prodüser vəfat etdi
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, prodüser, kastinq direktoru Azər Əkbərov vəfat edib. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Qeyd edək ki, Azər Əkbərov 1960-cı ildə Bakıda anadan olub. 1977-1981-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında film direktoru, prodüser və kastinq direktoru olaraq fəaliyyət göstərib.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: