Yük maşını ilə VAZ-2106 toqquşdu: xəsarət alanlar var
Bakı-Qazax magistral yolunun 310-cı kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Globall.az Report-a istinadən xəbər verir ki, magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində 1985-ci il təvəllüdlü M.İsmayılovun idarə etdiyi "İsuzu" markalı yük avtomobili ilə Mingəçevir şəhər sakini, 1948-ci il təvəllüdlü M.Həsənovun idarə etdiyi VAZ-2106 markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 1973-cü il təvəllüdlü T.Dursunova, 1995-ci il təvəllüdlü G.Dursunova, 1953-cü il təvəllüdlü A.Həsənova və 1980-ci il təvəllüdlü Y.Həsənova xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 158
Xəbəri paylaş
Paylaş: