Orxan Əsgərov dəfn edilir
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun nəşi II Fəxri Xiyabana gətirilib. Globall.az xəbər verir ki, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları iştirak edir. Şəhidin şərəfinə fəxri qaravul təşkil olunacaq. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: