Bakıda güllələnmiş bina sökülür –
FOTO
Bakı şəhər Nizami rayonu Qara Qarayev prospektində (“Neftçilər” metrosunun yanı) yerləşən beşmərtəbəli bina sökülür. Bu bina 13-17 mart 1995-ci ildə “OMON” qiyamının izlərini özündə saxlayıb. Belə ki, bu binanın damında dövlət qüvvələrinin snayper mövqeyi olub və “OMON”çular həmin mövqeni dəfələrlə atəşə tutub. 45 nəfərin ölümü ilə nəticələnən həmin qiyamdan sonra binanın üzərindəki güllə izləri bu günədək qalmaqdadır. Həmin binanın fasadı 28 il keçməsinə baxmayaraq təmir edilməmişdi.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: