Məşhur müğənni Xoya yardım edəcək
Türkiyənin tanınmış müğənnisi Gülbən Ərgən Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər görənlərə yardım edəcəyini deyib. Globall.az xəbər verir ki, o özünün sosial media hesabında etdiyi paylaşımında azərbaycanlılara başsağlığı verib. “Bacı-qardaşlarımın bu ağrı və acısı soyuq qış günlərində bir daha təkrarlanmasın! Xoyda zəlzələdən zərər görənlərə əlimdən gələn istənilən yardımı etməyə hazır olduğumu bildirirəm”, - Gülbən Ərgən bildirib.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: