İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edildi
Polis polkovniki Zamin Həsənov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edilib. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib. Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: