Prezident onları təltif etdi
Prezident İlham Əliyev 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları veriləcək: Axundova Ülviyyə Süleyman qızı Əliyev Kamran Əbülfəz oğlu Əliyeva Adilə Həbib qızı Həşimov Orxan İlqar oğlu Hüseynli Cabbar Rasim oğlu İslamov Bəxtiyar Qabil oğlu Məsimov Nicat Rafiq oğlu Nağıyeva Mehriban Vidadi qızı Zəkəryəzadə Tural Namiq oğlu birgə fəaliyyətə görə: Xəlilov Şahin İlqar oğlu İmanzadə Günay Fikrət qızı. *** Prezident İlham Əliyev gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Tərəqqi” medalı ilə Babayev Fuad Muxtar oğlu Bayramova Şəfəq Zaqif qızı Əkbərov Qadir Xalis oğlu Ərəbov Orxan Namiq oğlu Qədimbəyova Günay Rüfət qızı Qədirov Mübariz Yusif oğlu Niftəliyeva Vüsalə Sahib qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Həsilov Elvin Bəxtiyar oğlu İsaqov Natiq Cankişi oğlu Paşayeva Nisə Fazil qızı Rzayeva Cəmilə Ramiz qızı.